Yaxın zamanlarda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Şimali Koreya üzrə qətnamə layihəsini müzakirə edəcək. Modern.az xəbər verir ki, ABŞ-ın təqdim etdiyi sənəd bir həftədən sonra səsverməyə çıxarılacaq .
Qeyd edək ki, bu gün ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilib. İki gün əvvəl isə Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulan hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.
Modern.az