Modern.az

Gürcüstan mümkün qədər tez  avrointeqrasiyaya nail olmaq istəyir

Gürcüstan mümkün qədər tez  avrointeqrasiyaya nail olmaq istəyir

5 Sentyabr 2017, 22:01

"Gürcüstan mümkün olduğu qədər tez Avropa və Avroatlantika məkanına inteqrasiyaya nail olmaq istəyir". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Polşada keçirilən 27-ci beynəlxalq iqtisadi forumda deyib.

 

Prezidentin sözlərinə görə, Gürcüstanın yeri Avropa ailəsindədir: “Avrointeqrasiya Gürcüstan üçün tarixi məqsəddir, çünki Gürcüstan özünü mədəni və siyasi baxımdan Avropada görür. Gürcüstan cəmiyyəti üçün Avropa dəyərləri islahatlar baxımından olduqca vacibdir”.

 

G.Marqvelaşvili Polşanın Gürcüstanın Avropaya inteqarsiyasını qətiyyətlə dəstəklədiyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə