Modern.az

Angel Merkelin alyansı Almaniyada seçkiləri uddu  

Angel Merkelin alyansı Almaniyada seçkiləri uddu   

25 Sentyabr 2017, 08:34


Almaniyada federal məclisə seçkilər hazırkı kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alyans seçkilərdə 32,5 faiz səs toplayıb. Onun əsas rəqibi Alman sosial-demokratları isə seçicilərin yalnız 20 faizinin dəstəyini qazana bilib.

Kansleri Angela Merkel yeni hökumətin dekabrın 25-dək formalaşdırılacağını deyib.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə