Modern.az

Avrasiya İttifaqını SSRİ-nin taleyi gözləyir? - Bədbin PROQNOZ

Avrasiya İttifaqını SSRİ-nin taleyi gözləyir? - Bədbin PROQNOZ

Dünya

4 Yanvar 2018, 17:15

Avrasiya İttifaqını daxili çəkişmələr zəiflətməkdə davam edir. Avrasiya İttifaqına üzv olan hər 5 ölkənin vətəndaşları ildən ilə bu iqtisadi-siyasi inteqrasiya qurumuna inamını itirir.

Belə ki, “Avrasiya Monitoru” agentliyinin araşdırmalarına görə, Avrasiya İttifaqı ilə bağlı ən kəskin məyusluğu Rusiya vətəndaşları (2015-ci ildə 78%-lik dəstəkdən 2017-ci ildə 68%-ə qədər) və Ermənistan (2014-ci ildə 56%-dən 2017-ci ildə 46%-ə qədər) bu özünü biruzə verir.

 

Avrasiya İttifaqına üzv digər ölkələrdə də dəstək göstəricisi stabil azalmağa doğru gedir. Belə ki, Qazaxıstanda 80%-dən 76%-ə, Belarusda isə 60%-dən 56%-ə enib. Qırğızıstanda isə 86%-dən 83%-ə enib. Analoji hadisələr Tacikistan və Moldova kimi Avrasiya Birliyinə üzv olmaq istəyən ölkələrdə də müşahidə olunur.

 

Ekspertlər Avrasiya Birliyinə ictimai marağın da vəziflədiyi fikrindədir. Məsələn, Belarus bütün üzv ölkələr üçün vahid gömrük tarifinin olmasından narazıdır. Belarus liderinin fikrincə, son 10 il ərzində ümumi bazar yaradılmayıb. Onun fikirləri Rusiyanın keçmiş maliyyə naziri, “Staretji Tədqiqatlar Mərkəzi”nəhbəri Aleksey Kudrin isə bu birliyin tərkibində bütün gömrük və vergi maneələrinin aradan qaldırılması hesabına 25%-lik inkişafa nail olmağın mümkün olduğu qənaətindədir.

“Bu prinsipial qərarları biz verməliyik, əgər vermiriksə, onda dağılışmalıyıq”-deyə sabiq  nazir deyib.

Belarusla yanaşı, Qazaxıstan da öz yolunu seçib. Təsadüfi deyil ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev əlifbanın kirildən lartın qrafikasına keçirilməsi ilə bağlı müvafiq sərəncam verib.

 

Avrasiya İttifaqının yaradılması ideasını da ilk dəfə irəli sürmüş Qazaxıstan liderinin sanki öz layihəsi ilə bağlı düşüncələrinin dəyişdiyi bildirilir. O indi daha çox Avropa Birliyi və Çinə meyl edir. Çin Qazaxıstana uzanavaq yeni İpək Yolunda iştirakçı olmağa çağırış edir.

 

Digər tərəfdən, Qırğızıstan və Qazaxıstan arasında yaşanan gərginlik də Avrasiya İttifaqında ciddi fikir ayrılıqlarının olduğunu göstərdi. Prezident seçkilərinə rəsmi Astananın müdaxilə etdiyini iddia edən Almazbəy Atambayev byə ümid etməməli olduqlarını da açıqlamışdı.

“Avrasiya Birliyinə ümid olmaq doğru qərar deyildi”.

Avrasiya Birliyi ilə sərhədləri olmayan Ermənistan da Avropa Birliyi ilə imzaladığı çərçivə sazişi ilə Kremlin qəzəbini oyadıb. Buna baxmayaraq, rəsmi Yerevan Rusiyaya satdığı məhsulların qiymətini azaltmadığı üçün Moskva ilə soyuq münasibətlər yaşayır. Belə ki, Ermənistan konyakı vahid iqtisadi məkan daxilində ucuzlaşmayıb. Digər tərəfdən isə, Qarabağ münaqişəsində Azərbaycana qarşı münaqişədə Rusiyaya arxalanan rəsmi Yerevan Moskva ilə daha çox hərbi baxımdan arxalanır.

  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat