Modern.az

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

18 Yanvar 2018, 00:59

“ABŞ Suriyada İŞİD-in tam məhvinə qədər bu ölkədə mövcudluğunu davam etdirəcək. Bizim mövcudluğumuz müəyyən şərtlərə əsaslanacaq. ABŞ Suriyada hərbi mövcudluğunu saxlayacaq ki, İŞİD yenidən meydana çıxmasın”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Tillerson bildirib ki, İŞİD artıq bir qəbirdədir və nə qədər ki, o, qəti şəkildə darmadağın edilməyib, ABŞ-ın hərbi qüvvələri Suriyada qalacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat