Modern.az

Türkiyənin ən quraq ərazisi su altında qaldı

Türkiyənin ən quraq ərazisi su altında qaldı

27 Yanvar 2018, 21:07

Türkiyənin Şanlıurfa vilayətində əhalinin yağış yağması üçün dua etdiyi Sivərək rayonu sel suları altında qalıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, son 40 ilin ən quraq qışını keçirən rayonda 3 gündür yağan yağış əkin sahələrinə ciddi ziyan vurub. Şiddətli yağışdan sonra əmələ gələn sel nəticəsində bəzi fermerlərin əraziləri su altında qalıb. Həmçinin, Sivərəyin 30 kilometrliyində yerləşən Qara Bağça məhəlləsində isə qasırğa nəticəsində bir neçə ev uçub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat