Modern.az

Nigeriyada silahlılar 15 dinc sakini öldürdü

Nigeriyada silahlılar 15 dinc sakini öldürdü

3 İyun 2018, 00:39

Nigeriyada dinc sakinlərə hücum oldu. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir qrup silahlı şəxs ölkənin Zamfara ştatında kəndin sakinlərinə hücum edib.

 

Məlumata görə, silahlılar ilk öncə Zakuna kəndinə hücum edərək inəkləri oğurlayıblar. Bir qrup yerli sakin hücum edənlərə qarşı müqavimət göstərib və onlar qaçıb. Lakin daha sonra yenidən hücum edərək 15 nəfəri qətlə yetiriblər.

Hazırda kənddə gücləndirilmiş mühafizə yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə