Modern.az

Ermənistanda 6 ünvanda axtarışlar aparılıb

Ermənistanda 6 ünvanda axtarışlar aparılıb

Dünya

17 Sentyabr 2018, 17:46

Ermənistanda Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq Xidmətlərinin (XİX) rəhbərlərinin qalmaqallı səs yazısı ilə əlaqədar axtarış işləri genişləndirilib.

 

Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, XİX-in mətbuat xidmətindən səs yazısının yayımlanması ilə əlaqədar 6 ünvanda axtarış keçiriləcəyi bildirilib.

Axtarışlarla bağlı məhkəməyə müraciət edən XİX-in şikayəti qəbul olunub.

 

Bu ünvanlar içərisində səs yazısını yayımlayan Yerevan.today saytının redaksiyasının da adı var.

Bu gün səhərdən saytın redaksiyasında axtarışlara başlandığı qeyd edilib.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır