Modern.az

Trampın İranla müharibə etmək hüququ əlindən alına bilər

Trampın İranla müharibə etmək hüququ əlindən alına bilər

6 Yanvar 2020, 11:28

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıracaq qanunu müzakirəyə çıxaracaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə palatanın sədri Nensi Pelosi açıqlama verib.

 

Təklif olunan qanun Nümayəndələr Palatasının prezidentin hərbi qərarına nəzarət funksiyasını təsdiq edir və hərbi əməliyyatlar başlayarsa, 30 gün ərzində prezident qərarının ləğvini nəzərdə tutur.

 

Nensi Pelosi buna qədər Süleymaninin qətlini pisləmişdi. O bunu qeyri-proporsional və təxribatçı addım saymışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi