Modern.az

ABŞ-da atışma, ölən və xəsarət alanlar var

ABŞ-da atışma, ölən və xəsarət alanlar var

Dünya

19 Aprel 2020, 09:16

ABŞ-ın Texas ştatında atışma olub.

 

Modern.az  xarici mətbuata istinadən xəbər verir ki, hadisə San-Markos şəhərində qeydə alınıb.

 

Məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.

 

Şəhər polisi özünün “Facebook” səhifəsində yerli sakinlərə evlərini tərk etməməyə çağırıb.

 

Bildirilir ki, polis məişət zorakılığı ilə bağlı zəngdən sonra şikyətin edildiyi ünvana gedib. Nəticədə asayiş keşikçiləri pusquya düşüblər. Belə ki, cinayətkar tüfənglə onlara atəş açıb.

 

Hadisə zamanı yaralanmış polis əməkdaşları xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat ediliblər. Onlardan birinin vəziyyəti ağırdır.

 

Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü öldürüb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə