Modern.az

İtlər koronavirusu iyindən tanıyacaq - Alimlər hərəkətə keçdi

İtlər koronavirusu iyindən  tanıyacaq - Alimlər hərəkətə keçdi

Dünya

3 May 2020, 09:22

Fransanın Korsika adası ərazisində kinoloqlar və veterinarlar itlərin koronavirusa yoluxmuş insanı iyləməklə aşkar edə bilməsi üzərində təcrübələr aprarırlar.

 

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, layihəyə Fransa Milli Veterinariya Məktəbindən professor Dominik Qranjan rəhbərlik edir.

 

Təcrübənin məqsədi virusa yoluxmuş insanlarda xüsusi iylərin olub-olmadığını müəyyən etməkdir. Fərziyə özünü doğrultsa, itlər koronaviruslu xəstələrin aşkar edilməsində istifadə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə