Modern.az

Braziliyada koronavirusa yoluxma sayı sürətlə artır

Braziliyada koronavirusa yoluxma sayı sürətlə artır

4 May 2020, 10:33

Braziliyada koronavirusa (COVİD-19) yoluxanların sayı sürətlə artaraq 100 min nəfəri keçib. 

 

Modern.az xəbər verir ki, bu ölkədə son məlumata əsasən qeydə alınan COVİD-19 xəstələrinin sayı 101 826-ya yüksəlib. Beləliklə, Braziliya Çin və İranı geridə qoyaraq dünya ölkələri sırasında 9-cu pillədə, Cənubi Amerika ölkələri arasında isə 1-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Braziliyada virus qurbanlarının sayı da çoxdur. Bu günə olan son məlumata əsasən ölkədə koronavirusdan 7 051 nəfər ölüb.

 

T.İSMAYIL

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə