Modern.az

Ötən günün koronavirus STATİSTİKASI

Ötən günün koronavirus STATİSTİKASI

Dünya

7 May 2020, 10:31

Hazırda dünyanın 212 ölkəsində yayılmış koronavirus (COVID-19) pandemiyası səngimək bilmir.

 

Modern.az xəbər verir ki, ötən gün daha 95 325 nəfərdə infeksiya aşkarlanıb, 6 811 nəfər virusun qurbanı olub.

Ən çox yoluxma halı ABŞ ( 25 459), Braziliya (11 896), Rusiya (10 559), Böyük Britaniya (6 111), Fransa (3 640) Peru (3 628), Hindistan (3 587), İspaniya (3 121) və Türkiyədə (2 253) qeydə alınıb. 

Ötən gün COVID-19-dan ən çox itki verən ölkələr isə ABŞ (2 528), Braziliya (667), Böyük Britaniya (649), İtaliya (369), Belçika (323), Almaniya (282), Fransa (278), İspaniya (244), Meksika (236) və Kanada (189) olub.

 

Qeyd edək ki, mayın 7-si bu saata olan son məlumata əsasən dünyada 3 820 869 nəfər koronavirusa yoluxub, onlardan 265 098-i vəfat edib, 1 303 161-i isə sağalıb.

 

T.İSMAYIL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə