Modern.az

Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı

Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı

7 Avqust 2020, 15:00

Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 154-ə çatdı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 149 nəfərin öldüyü və 5000-dən çox insanın yaralandığı bildirilmişdi.

 

Qeyd edək ki, avqustun 4-də Livan paytaxtında baş verən güclü partlayış Beyrut dəniz limanı bölgəsini silkələyib. Partlayış nəticəsində  onlarla bina və avtomobili dağılıb və zədələnib, 300 mindən çox insan evsiz qalıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə olunan 2700 tondan çox ammonium nitratın anbarda partlaması nəticəsində baş verib.

 

Nargilə HƏSƏN

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV