Modern.az

Yerevandan “İsgəndər” raketlərinin tətbiqi ilə bağlı RƏSMİ AÇIQLAMA

Yerevandan “İsgəndər” raketlərinin tətbiqi ilə bağlı RƏSMİ AÇIQLAMA

Dünya

2 Aprel 2021, 11:16

Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Şuşa şəhərində “İsgəndər-M” raketinin qalıqlarını tapılması barədə məlumata reaksiya verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Davtyan xəbərlə bağlı konkret açıqlama verməyib.


“Bu barədə heç nə deyə bilmərəm, çünki dərc oluna bilməz” - deyə A.Davtyan söyləyib.

 

“İsgəndər” raketlərinin Şuşa istiqamətində tətbiq olunması və silahın partlamaması ilə bağlı baş nazir Nikol Paşinyanın açıqlaması böyük rezonans doğurmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?