Modern.az

Bjaniyadan gözlənilməz iddia: Gürcüstan hücum edə bilər, silahlanmalıyıq

Bjaniyadan gözlənilməz iddia: “Gürcüstan hücum edə bilər, silahlanmalıyıq”

Dünya

8 Avqust 2021, 10:34

"Cənubi Osetiya və Abxaziya məsələsinin hərbi yolla həlli ssenarisi NATO və Gürcüstanın siyasi gündəmindən çıxarılmayıb, respublikaların tam silahlanmasına ehtiyac var".

 

Modern.az xəbər verir ki, bunu qondarma Abxaziyanın “prezidenti” Aslan Bjaniya deyib.

 

“Qara dənizdəki son təlimlərə diqqət yetirmək istərdim. Bu, Cənubi Osetiya və Abxaziya məsələsinin hərbi yolla həlli ssenarisinin NATO və Gürcüstanın siyasi gündəmindən çıxmadığını göstərir və biz də müvafiq nəticələr çıxaracağıq. Kaş hər şey dinc olsun, ancaq tam silahlanmalı və bu cür təlimlərin nəticələrinə hazırlaşmalıyıq”, - deyə Bjaniya bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat