Modern.az

Qazaxıstanda partlayış zamanı 32 nəfər yaralandı - YENİLƏNİB

Qazaxıstanda partlayış zamanı 32 nəfər yaralandı - YENİLƏNİB

Dünya

26 Avqust 2021, 20:47

Qazaxıstanda hərbi hissə anbarının yaxınlığında baş verən partlayış nəticəsində 32 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Ruslan Şpekbayev bildirib.

 

***

19:21

Qazaxıstanda hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Saat 19:00 radələrində Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissənin anbarlardan birinin yaxınlığında yanğın baş verib.

 

Yanğın nəticəsində partlayış olub. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?