Modern.az

Azərbaycanda 26 yeni su anbarı tikiləcək

Azərbaycanda 26 yeni su anbarı tikiləcək

Aktual

10 Sentyabr 2025, 11:56

Azərbaycanda 2025-2027-ci illərdə 4, 2027-2030-cu illərdə 9, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə Bakı Su Həftəsində bildirilib.

Məlumata görə, Azərbaycanda 149 su anbarı var, onların ümumi su tutumu 23577 milyon kubmetr təşkil edir.

Qeyd edilib ki, respublika üzrə magistral kollektorların ümumu uzunluğu 32023,7 kilometrdir. Ölkədə magistral kanalların sayı 47, onların ümumi uzunluğu 2256 kilometr, ümumi su buraxma qabiliyyəti 1321 kubmetr/saat təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir