Modern.az

Armen Abazyan Gorus-Qafan yolundakı vəziyyətə görə hesabat verəcək

Armen Abazyan Gorus-Qafan yolundakı vəziyyətə görə hesabat verəcək

Dünya

15 Sentyabr 2021, 11:30

Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Gorus-Qafan yolundakı vəziyyətə görə parlamentə gələcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, deputatların görülən tədbirlərlə bağlı suallarını cavablandıracaq.

 

“Hakimiyyət “Ermənistan” blokunun təklifi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyətlə bağlı hesabat verəcək. Əsas tələb Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın iclasa qatılmasıdır”.

 

Abazyanın bu gün, yaxud sabah qapalı iclasa gəlməsi gözlənilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat