Modern.az

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

18 Sentyabr 2021, 19:28

Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində bir neçə partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Hadisə nəticəsində ən azı 3 nəfər həlak, 20-yə yaxın insan yaralanıb. Agentlik qeyd edir ki, ölənlər arasında “Taliban” hərəkatının üzvləri də var.

 

Patlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib. Cəlalabad şəhəri İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi Nanqarhar vilayətinin mərkəzidir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat