Modern.az

28 amerikalı “Taliban”ın köməyi ilə Kabili tərk etdi

28 amerikalı “Taliban”ın köməyi ilə Kabili tərk etdi

19 Sentyabr 2021, 00:03

“Qatar Airways” şirkətinə məxsus təyyarə Əfqanıstanın paytaxtı Kabil şəhərindən 28 amerikalını və ABŞ-da yaşamağa icazəsi olan 7 nəfəri təxliyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat yayıb.

 

O, “Taliban” hərəkatının amerikalıların təxliyyəsinə kömək etdiyini bildirib.

 

“Beynəlxalq ictimaiyyət “Taliban”ın bu uçuşlarda əməkdaşlığını alqışlayır”, - deyə Prays bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat