Modern.az

ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi

ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi

Dünya

24 Sentyabr 2021, 21:42

ABŞ Maliyyə Nazirliyi Əfqanıstanda humanitar əməliyyatlarla əlaqədar olaraq “Taliban”la məhdud maliyyə əməliyyatlarına icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Açıqlamaya görə, ABŞ hökumətinə, qeyri-hökumət təşkilatlarına və BMT də daxil olmaqla bəzi beynəlxalq təşkilatlara Əfqanıstanın humanitar ehtiyaclarını yüngülləşdirmək üçün “Taliban”la müqavilə bağlamağa imkan veriləcək.

 

ABŞ, həmçinin Əfqanıstana ərzaq, dərman və tibbi avadanlıqların ixracı ilə əlaqədar məhdud əməliyyatlara icazə verir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV