Modern.az

Telman İsmayılovun problemləri bitmədi – Moskvadan YENİ HƏMLƏ

Telman İsmayılovun problemləri bitmədi – Moskvadan YENİ HƏMLƏ

23 Oktyabr 2021, 15:15

Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Bastrıkin biznesmenin Monteneqrodan Moskvaya ekstradisiya olunmamasının səbəblərini araşdırmağı tapşırıb.

“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Telman İsmayılovun ekstradisiya olunmaması fonunda beynəlxalq hüquq idarəsi ilə Rusiya XİN-nin birlikdə şübhəli şəxsin ekstradisiya olunmama səbəblərini araşdırmağı və bundan sonra hesabat hazırlamağı göstəriş verib”-,deyə rəsmi məlumatda deyilir.

 

Rusiya İstintaq Komitəsi Telman İsmayılova Monteneqroda sığınacaq verilməsinə etiraz edib və onu iş adamları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş etməkdə ittiham edib.

 

 

Sizə yeni x var
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində