Modern.az

ABŞ-ın yetişdirdiyi əfqan hərbçilər İŞİD-ə qoşulur

ABŞ-ın yetişdirdiyi əfqan hərbçilər İŞİD-ə qoşulur

1 Noyabr 2021, 22:04

 ABŞ-da təlim keçmiş Əfqanıstan kəşfiyyatçıları və hərbçiləri “Taliban”la mübarizə aparmaq üçün İŞİD-in Xorasan qoluna qoşulur.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri yazıb.

 

Nəşr qeyd edir ki, İŞİD-ə qoşulan Amerikada təlim keçmiş əfqanların sayı günü-gündən artır.

 

Qəzet bu istedadlı zabitlərin terror təşkilatının kəşfiyyat və döyüş gücünü artırdığı bildirib.

 

Adının çəkilməsini istəməyən əfqan rəsmisi vurğulayıb ki, əvvəllər Paktiya əyalətinin paytaxtı Qardezdə xidmət etmiş bir zabit İŞİD-ə qoşulub və keçən həftə “Taliban”la atışmada öldürülüb.

 

O əlavə edib ki, “Taliban” onların evlərində axtarış aparıb təslim olmalarını xahiş etdikdən sonra kəşfiyyatçı və ya əsgər olan daha bir neçə tanışı İŞİD-ə qoşulub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə