Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

10 Dekabr 2021, 23:59

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

 

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 347 232 nəfərin test edildiyi, 18 561 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 129 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 532 728 peyvənd tətbiq edilib ki, bunun 91,02 faizi birinci, 81,96 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə