Modern.az

İran donanmasına 110 hərbi gəmi verildi

İran donanmasına 110 hərbi gəmi verildi

11 Dekabr 2021, 21:33

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə 110 hərbi gəmi təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Gəmilər ölkənin cənub sahilləri yaxınlığındakı sularda xidmət edəcək, döyüş və logistik əməliyyatlar həyata keçirəcək.

 

Gəmilər manevr qabiliyyətinə və raket atma qabiliyyətinə malikdir. Onlar həm də kəşfiyyat əməliyyatları aparacaq 

 

Bütün gəmilər İranda istehsal edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə