Modern.az

Paşinyan Arayik Arutunyanı təcili İrəvana ÇAĞIRDI

Paşinyan Arayik Arutunyanı təcili İrəvana ÇAĞIRDI

16 Dekabr 2021, 16:00

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüssel danışıqlarından sonra - dekabrın 16-da Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanı qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

İrəvanda keçirlən görüşün detalları, müzakirə olunan məsələlər açıqlanmayıb.

Amma istisna deyil ki, Paşinyan Brüssel və Soçi görüşlərinin nəticələrinə uyğun olaraq, Arayik Arutyunyana hansısa tapşırıqlar verəcək.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə