Modern.az

NATO Rusiyanın təkliflərini müzakirə edəcək

NATO Rusiyanın təkliflərini müzakirə edəcək

19 Dekabr 2021, 19:08

NATO ölkələri gələn həftə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini müzakirə edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

 

Müzakirələr Şimali Atlantika Şurasının iclasında baş tutacaq.

 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Amerika tərəfi ilə işgüzar müzakirələr çərçivəsində Vaşinqtona qarşılıqlı təhlükəsizlik zəmanəti kimi təqdim edilən saziş layihəsini dərc edib. XİN-in təqdim etdiyi sazişdə tərəflərin bir-birinin təhlükəsizlik risklərini aradan qaldırmaq üçün nə etməli olduğu, həmin riskləri yaratmamaq üçün nələri etməməyi öhdəsinə götürdükləri qeyd olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə