Modern.az

Türkiyənin COVID statistikası

Türkiyənin COVID statistikası

Dünya

27 Dekabr 2021, 22:54

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında qeyd edilir ki, Türkiyədə COVID-19-un "Omicron" variantı digər variantlardan daha sürətlə yayılmaqdadır.

 

Nazirliyin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 362 535 nəfərin test edildiyi, 26 099 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 024 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 129 332 845 peyvənd tətbiq edilib ki, bunun 91,55 faizi birinci, 82,89 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə