Modern.az

Türkiyə və Gürcüstan arasında NATO müzakirəsi

Türkiyə və Gürcüstan arasında NATO müzakirəsi

24 Yanvar 2022, 20:07

Türkiyə və Gürcüstan Xarici İşlər Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi nəlumat yayıb.

 

Görüş Ankara şəhərində baş tutub. Türkiyənin nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal, Gürcüstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik ediblər.

 

Tərəflər Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər, o cümlədən NATO ilə bağlı prosesləri müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə