Modern.az

Zelenski Ərdoğana zəng vurdu

Zelenski Ərdoğana zəng vurdu

22 Fevral 2022, 17:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat yayıb.

 

“Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, - Ukrayna lideri qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat