Modern.az

Putin Ukraynanın işğalına başlayıb - KULEBA

Putin Ukraynanın işğalına başlayıb - KULEBA

Dünya

24 Fevral 2022, 08:50

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın genişmiqyaslı işğalı barədə göstəriş verib.

 

Modern.az-ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb.

 

XİN rəhbəri Ukrayna şəhərlərinin atəşə tutulduğunu qeyd edib:

 

“Dinc Ukrayna şəhərləri atəş altındadır. Bu aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və dayandırmalıdır. Hərəkətə keçmək vaxtıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat