Modern.az

ATƏT Ukraynanı tərk edir

ATƏT Ukraynanı tərk edir

Dünya

7 Mart 2022, 08:15

ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.

 

Modern.az xəbər verir ki, bu barədə missiyanın hesabatında deyilir.

 

Bildirilib ki, misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi başa çatıb. Son qrup - missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik Ukraynanı tərk edəcək.

 

Bundan əvvəl isə missiyanın bütün beynəlxalq üzvləri ölkədən gediblər.

 

"Missiyanın Kramatorsk və Severodonetskdə əvvəllər dislokasiya olunmuş yerli üzvlərinin hərəkəti davam edir, Mariupolda yerləşdirilən missiyanın hərəkəti isə təhlükəsizlik məsələləri ilə əlaqədar təxirə salınır. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat