Modern.az

Rusiya sabah da "sükut rejimi" elan edəcək

Rusiya sabah da

Dünya

8 Mart 2022, 23:43

Rusiya martın 9-da Moskva vaxtilə saat 10:00-dan etibarən Ukrayna ərazisində sükut rejimi elan edir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın humanitar yardım qərargahı məlumat yayıb.

 

Rusiya Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər açmağa hazır olduğunu bildirib.

 

Qeyd olunur ki, Moskva Ukrayna tərəfi ilə razılaşaraq Kiyev və ona bitişik yaşayış məntəqələrindən humanitar dəhlizlər vasitəsilə insanları Qomel şəhərinə, daha sonra hava yolu ilə Rusiyaya aparmağa hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat