Modern.az

Paşinyan Fransadadır – Makronla görüşəcək

Paşinyan Fransadadır – Makronla görüşəcək

Dünya

9 Mart 2022, 09:45

Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfər edib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyanın nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər daxildir.

İki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı Ermənistanın baş naziri Fransa prezidenti Makronla görüşəcək, həmçinin “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat