Modern.az

Britaniya Ukraynaya 130 milyonluq silah göndərir

Britaniya Ukraynaya 130 milyonluq silah göndərir

Dünya

8 Aprel 2022, 21:16

Böyük Britaniya Ukraynaya 130 milyon dollar dəyərində müasir silah və hərbi texnika göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında məlumat verib.

 

Yeni paketə müasir silahlar, eyni zamanda "Starstreak" zenit raketləri, 800 tank əleyhinə raket və döyüş sursatları daxildir. Bunlardan başqa, Ukrayna ordusuna zirehli gödəkçələr, dəbilqələr və gecəgörmə eynəkləri veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə