Modern.az

“Müharibəni yalnız Putin dayandıra bilər”- ZELENSKİ

“Müharibəni yalnız Putin dayandıra bilər”- ZELENSKİ

Dünya

9 Aprel 2022, 12:28

Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

 

Zelenskinin sözlərinə görə, müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər. O, Putinlə danışıqlar təklifinin hələ də aktual olduğunu vurğulayıb.

 

“Müharibənin nə vaxt bitəcəyinə Vladimir Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur”, - deyə Zelenski müsahibəsində vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə