Modern.az

Finlandiya və İsveç NATO ilə bağlı tezliklə qərar verəcək

Finlandiya və İsveç NATO ilə bağlı tezliklə qərar verəcək

Dünya

13 Aprel 2022, 21:14

Bu gün Finlandiyanın Baş naziri Sanna Marin isveçli həmkarı Maqdalena Andersson ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Marin Finlandiya hökumətinin bir neçə həftə ərzində NATO-ya üzvlüklə bağlı qərar verəcəyini açıqlayıb. 

 

Andersson məsələ ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrin aparıldığını vurğulayaraq, qərarın daha sonra veriləcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə