Modern.az

Gələn həftə luqansklılar üçün gec ola bilər

Gələn həftə luqansklılar üçün gec ola bilər

18 Aprel 2022, 10:04

Ukraynanın şərqindəki Luqansk vilayətinin sakinləri rəhbərlik tərəfindən dərhal təxliyə olunmağa çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın "UNİAN" xəbər agentliyi məlumat yayıb.

 

"Gələn həftə hər şey çətin ola bilər. Ola bilər ki, bu bizim sizi xilas etmək üçün son  şansımız olsun", - deyə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

 

Xatırladaq ki, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bölgəsinin bir hissəsi olan  Luqansk və Donetski ələ keçirməyə hazırlaşıb. Putin müharibədən bir qədər əvvəl iki şərq regionunun bütünlüklə Ukraynadan müstəqil olduğunu tanıyıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə