Modern.az

Xarkovun daha bir neçə kəndi AZAD EDİLDİ

Xarkovun daha bir neçə kəndi AZAD EDİLDİ

18 Aprel 2022, 18:03

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafında bir sıra yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.

 

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib", - nazirlik rəsmisi deyib.

 

A.Motuzyanik təhlükəsizlik səbəbilə azad edilən ərazilərin adlarını açıqlamayıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə