Modern.az

İtaliyanın baş naziri koronavirusa yoluxdu

İtaliyanın baş naziri koronavirusa yoluxdu

18 Aprel 2022, 19:00

İtaliyanın Baş naziri Mario Draqi koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Baş nazir koronavirusa yoluxduğu üçün Afrikaya rəsmi səfərini ləğv edib.

 

20-21 aprel tarixlərində Anqola və Konqo Respublikasına səfərlərdə xarici işlər naziri Luici Di Maio və ekoloji keçid naziri Roberto Cinqolani hökuməti təmsil edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə