Modern.az

Makron və Bayden yeni sanksiyaları müzakirə edəcək

Makron və Bayden yeni sanksiyaları müzakirə edəcək

18 Aprel 2022, 23:21

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenlə Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə o, "France 5" telekanalına müsahibəsində bildirib.

 

Makron qeyd edib ki, müharibəni bitirmək üçün hər şeyi etmək niyyətindədir.

 

"Sabah axşam mənim prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, bu zaman biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - deyə o vurğulayıb.

 

Makron, həmçinin qeyd edib ki, o, Vladimir Putinlə Ukraynadakı vəziyyətlə bağlı dialoqu davam etdirmək niyyətindədir, lakin növbəti telefon danışığının nə vaxt keçiriləcəyi barədə məlumat verməyib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə