Modern.az

Müharibə Zelenski-Putin görüşü ilə yekunlaşa bilər

Müharibə Zelenski-Putin görüşü ilə yekunlaşa bilər

21 Aprel 2022, 13:04

Ukraynadakı müharibə prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqlarla yekunlaşa bilər. Bundan əlavə, Ukrayna tərəfinin mövqeləri hüquqi cəhətdən təsdiqlənməlidir.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

 

“Ukrayna tərəfinin hüquqşünasları, məsləhətçiləri və danışıqlar qrupu bu gün bunun üzərində işləyir. Buna görə də ümid edirik ki, bu danışıqlarda Prezident Volodimir Zelenskinin mövqeyi son dərəcə güclü olacaq”, - Podolyak bildirib.

 

Onun fikrincə, Ukrayna Prezidenti danışıqlar zamanı ölkə üçün əsas və prinsipial olan məqamları qarşı tərəfə çatdıra biləcək: “Biz ölkədə vəziyyətin inkişafını gözləməliyik. Ölkənin şərq hissəsində hücumun nə qədər ciddi olacağını qiymətləndiririk”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə