Modern.az

Zelenskidən rusyönümlü partiyalara QADAĞA

Zelenskidən rusyönümlü partiyalara QADAĞA

14 May 2022, 23:58

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyayönlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun layihəsini imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

 

Mayın 3-də Ali Radanın 330 deputatı qanunun lehinə səs verib. Mayın 6-da sənəd imzalanmaq üçün prezidentə göndərilib.

 

Bu gün Zelenski qanunu imzalayıb. Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var