Modern.az

Alina Kabayeva “qara siyahı”ya düşdü

Alina Kabayeva “qara siyahı”ya düşdü

Dünya

3 İyun 2022, 19:15

Avropa İttifaqı (Aİ) rəsmi jurnalında Rusiyaya qarşı tətbiq edilən altıncı sanksiyalar paketini dərc edib. 

 

Modern.az xəbər verir ki, siyahıda 65 fiziki şəxs və 18 qurumun adı yer alıb.

 

Olimpiya çempionu Alina Kabayevanın adı Avropanın "qara siyahı"sına salınıb. Bundan əvvəl Kabayevaya Böyük Britaniya və ABŞ tərəfindən də sanksiya tətbiq edilib.

 

Keçmiş gimnast əvvəllər Rusiya parlamentinin üzvü olub. Mətbuatda "Putinin sevgilisi" adlandırılan Kabayeva Rusiyanın ən böyük özəl media şirkəti olan Milli Media Qrupunun direktorlar şurasının sədridir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat