Modern.az

Abramoviçin iki təyyarəsinə həbs qoyuldu

Abramoviçin iki təyyarəsinə həbs qoyuldu

Dünya

6 İyun 2022, 20:56

Nyu-York məhkəməsi rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinə həbs qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

 

İddia ABŞ Ədliyyə Nazirliyi tərəfindən qaldırılıb. Telekanalın məlumatına görə, Abramoviçin "Boeing 787-8 Dreamliner" və "Gulfstream G650ER" təyyarələri həbs edilib.

 

Təyyarələrdən biri Dubayda, digəri Rusiyadadır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat