Modern.az

Avropa ölkəsi hərbçilərinin sayını artırır

Avropa ölkəsi hərbçilərinin sayını artırır

Dünya

8 İyun 2022, 22:29

Slovakiya hökuməti Ukraynadakı müharibəyə görə silahlı qüvvələrinin modernləşdirilməsi və sayını əhəmiyyətli dərəcədə artırmaq üçün uzunmüddətli plan hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

 

Proqram 5,5 milyon əhalisi olan Slovakiyanın 2035-ci ilə qədər ordusunun modernləşdirilməsini əhatə edir. Proqrama əsasən, bu il ordunun sayı 14,100 deyil, 22,000 əsgərdən ibarət olacaq.

 

Slovakiya, həmçinin 228 müxtəlif döyüş maşını almağı və F-16 döyüş təyyarələrini təkmilləşdirməyi planlaşdırır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat