Modern.az

Polkovnik küçədə oynayan uşaqlara ATƏŞ AÇDI

Polkovnik küçədə oynayan uşaqlara ATƏŞ AÇDI

Dünya

13 İyun 2022, 09:38

Ukrayna Baş Qərargahının Hüquq Departamentinin rəisi, polkovnik Yuri Bobrov küçədə oynayan uşaqlara atəş açıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. Hadisə nəticəsində uşaqlar təşvişə düşüb.

 

İnsident anı təhlükəsizlik kameralarına düşüb. Görüntülərin yayılmasından sonra Ukraynanın müdafiə naziri Oleksi Reznikov faktın araşdırıldığını bildirib. 

 

"Hadisənin aydınlaşdırılması üçün dərhal araşdırmalara başlanılıb. Bu, həm intizam, həm də cinayət məsuliyyətidir. Ukrayna Silahlı Qüvvələrinin rəis müavini, general-leytenant Yevgeni Moysyukun rəhbərliyi ilə komissiya yaradılıb. İstintaq zamanı adıçəkilən hərbçi işdən çıxarılıb”, - deyə nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat