Modern.az

Ruslar sonuncu körpünü dağıtdı, əhali tələyə düşdü

Ruslar sonuncu körpünü dağıtdı, əhali tələyə düşdü

Dünya

13 İyun 2022, 23:34

Rusiya qüvvələri Ukraynanın şərq cəbhəsindəki Siyeverodonetsk şəhərinə aparan sonuncu körpünü dağıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Qaydai məlumat yayıb.

 

O bildirib ki, şəhərdə mülki vətəndaşlar tələyə düşüb, hazırda humanitar yardımların çatdırılması qeyri-mümkündür.

 

"İndi təəssüf ki, avtomobillə şəhərə daxil olmaq, şəhərə nə isə çatdırmaq mümkün deyil. Evakuasiya mümkün deyil", - Qaydai bildirib.

 

O, Rusiyanın şəhərə tam nəzarəti ələ keçirmədiyini, şəhərin bir hissəsinin Ukraynanın nəzarətində qaldığını, lakin ora humanitar yüklərin daşınmasının mümkün olmadığını yazıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat