Modern.az

Müharibədən qalan mina partladı - Ölən var

Müharibədən qalan mina partladı - Ölən var

Dünya

14 İyun 2022, 18:11

İranın Qərbi Azərbaycan əyalətinin Sərdeşt şəhərində mina partlayıb.

Modern.az xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Partlayış nəticəsində İran sərhəd komandanlığının zabiti həyatını itirib. Minanın İran-İraq müharibəsi dövründən qaldığı bildirilir.

İran və İraq arasında 22 sentyabr 1980-ci ildə başlayan müharibə 20 avqust 1988-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi ilə sona çatıb.

Müharibə illərində sərhədlərə qoyulan minalar hələ də hər iki ölkədə çoxlu sayda insan ölümünə və ya yaralanmasına səbəb olur.

Akif İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat